About this role
Vəzifə adı: Böyük mühəndis (inteqrə olunmuş analitika və icra hesabatları üzrə) SOCAR Baş ofis, İnteqrə olunmuş analitika və icra hesabatları şöbəsində böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: Müxtəlif mənbələrdən daxil olan əməliyyat, texniki, maliyyə və investisiya göstəricilərini konsolidasiya etmək və təhlil etmək; Seqmentə daxil olan müəssisələrin fəaliyyət və səmərəlilik göstəricilərini təhlil etmək, nəticələri təsdiq edilmiş plan və hədəflərlə müqayisə etmək; Kənarlaşmalar üzrə kök-səbəb təhlili aparmaq, əsas risk və imkanları müəyyənləşdirmək və rəhbərlik üçün analitik nəticə və tövsiyələr hazırlamaq; ƏSG/KPI-ların müəyyənləşdirilməsi, monitorinqi, hesablama metodologiyalarının təkmilləşdirilməsi və hədəflərin formalaşdırılmasında iştirak etmək; Rəhbərlik üçün icra hesabatları, analitik arayışlar, təqdimatlar və idarəetmə lövhələri (dashboard) hazırlamaq; Əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və transformasiya təşəbbüslərinin qiymətləndirilməsi üzrə analitik dəstək göstərmək; Hesabatların hazırlanması və məlumatların təhlili proseslərinin sadələşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər vermək. Namizədə tələblər: İqtisadi analitika, biznesin mükəmməlliyi, performans/ƏSG/KPI idarəetməsi, aktivlərin təhlili, biznes analitikası, proseslərin optimallaşdırılması və ya idarəetmə hesabatlılığı sahələrində minimum 5 il iş təcrübəsi (neft-qaz və ya enerji sektorunda təcrübə üstünlükdür); Aktivlərin performansının qiymətləndirilməsi və əsas əməliyyat, texniki və maliyyə göstəricilərinin təhlili; Biznesin mükəmməlliyi, əməliyyat səmərəliliyi və biznes proseslərinin optimallaşdırılması üzrə əsas yanaşma və prinsiplər; İnteqrə olunmuş analitika, plan-fakt, trend, kənarlaşma və kök-səbəb təhlili metodları; ƏSG/KPI-ların hazırlanması, hesablanması, monitorinqi və hesabatlandırılması yanaşmaları; İcra hesabatlarının, analitik cədvəllərin, təqdimatların və idarəetmə lövhələrinin hazırlanması prinsipləri; MS Excel proqramında məlumatların təhlili və hesabatların hazırlanması üzrə yüksək səviyyədə işləmək bacarığı; PowerPoint proqramında aydın və strukturlaşdırılmış rəhbərlik təqdimatları hazırlamaq bacarığı; Məlumatları strukturlaşdırmaq, təhlil etmək və vizuallaşdırmaq bacarığı (Power BI bilikləri üstünlükdür); Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür). Biz nə təklif edirik? Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 26.09.2026