Now hiring

Lead Economist (Economic Indicators and Financial Modeling) (Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir Vəzifə adı: Aparıcı iqtisadçı (iqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi) SOCAR Baş ofis, Strateji idarəetmə şöbəsində iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: Neft və qaz dəyər zəncirinin bütün mərhələləri üzrə strateji təhlil fəaliyyətlərinə töhfə vermək; Korporativ Strategiyanın həyata keçirilməsinə və mütəmadi olaraq yenilənməsinə töhfə vermək; Şirkətin maliyyə və əməliyyat göstəricilərini təhlil etmək (məsələn, keçmiş göstəricilərə təsir edən amillər və zaman üzrə trendlər); Bazarın xüsusiyyətlərini və trendlərini qiymətləndirmək (məsələn, bazar seqmentlərinin həcmi, artım templəri, son dövrdə baş vermiş mühüm inkişaflar və rəqabət üstünlüyünün mənbələri); Strateji tövsiyələr hazırlamaqla seqment və biznes vahidlərinin strategiyalarının ümumi korporativ strategiya ilə uyğunlaşdırılmasına töhfə vermək; Məlumat sorğuları və təhlillər aparmaqla SOCAR-ın strateji maliyyə modelinin mütəmadi yenilənməsinə töhfə vermək; Zərurət yarandıqda və ya tələb olunduqda əlavə ad-hoc tapşırıqları yerinə yetirmək; Uzun Təsvir Namizədə tələblər: Biznesin idarə edilməsi, İqtisadiyyat və Maliyyə üzrə bakalavr və ya magistr dərəcəsi (xaricdə təhsil dərəcəsi üstünlük hesab olunur); Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi ( neft və qaz sənayesi, özəl kapital (private equity), investisiya, aktivlərin idarə edilməsi, audit və maliyyə məsləhətçiliyi/konsaltinq sahələrində təcrübəyə üstünlük verilir) Strateji idarəetmə sahəsində güclü nəzəri və praktiki biliklər; Yüksək səviyyədə analitik və kəmiyyət əsaslı təhlil bacarıqları; Müvafiq fundamental prinsiplər də daxil olmaqla, neft və qaz dəyər zəncirinin bütün mərhələləri haqqında nümayiş etdirilə bilən anlayışlar; Maliyyə, risklərin idarə edilməsi, mühasibat uçotu və maliyyə modelləşdirilməsinin fundamental prinsipləri üzrə biliklər; ACCA, CIMA, CFA, FRM və ya əlaqəli sertifikatların olması, yaxud bu sertifikatları əldə etmək istiqamətində aktiv şəkildə çalışmaq; Güclü yazılı və şifahi kommunikasiya; Mürəkkəb layihələrin idarə edilməsi və kritik qərarların qəbul edilməsi üzrə nümayiş etdirilə bilən bacarıq; Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı; Proaktiv yanaşma və problemləri müəyyənləşdirmək, həll etmək və qabaqcadan qarşısını almaq bacarığı. Biz nə təklif edirik? Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 04.09.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores