Now hiring

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Ağdaş rayonu) (Digər, AZ) @ SOCAR

Digər, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri; Vəzifə haqqında məlumatlar: Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birlyi , Zaqatala Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Ağdaş rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 04 Vəzifə maaşı: 3,84 AZN /saatlıq Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Ağdaş rayonu, H.Əliyev prospekti 169 Vəzifə funksiyaları; Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini həyata keçirmək; Sayğaclara texniki baxış keçirmək, qüsurları qeydiyyata almaq; Yararsız, işləməyən və ya müdaxilə edilmiş, habelə müraciətlər əsasında sayğacların əvəzlənməsini və ya çıxarılmasını həyata keçirmək; Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini, həmçinin göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmə malik avtomatik tənzimləmə qurğularının quraşdırılmasını həyata keçirmək; Cihazlarda yaranan qüsurları aşkar etmək və aradan qaldırmaq; Xidmət göstərdiyi ərazidə istehlakçıların sayğac göstəricilərini müəyyən edilmiş müddətdə qeydiyyata almaq və məlumatları aidiyyəti üzrə təqdim etmək; Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərindəki avadanlıqlara plana uyğun və plandan kənar texniki baxış keçirmək; Texniki baxış nəticəsində aşkar olunan qaz sızmalarının qarşısını almaq, qaynaq tələb edən halları aidiyyəti komandaya bildirmək; Aylıq sayğac göstəricilərini götürmək və qeydiyyata almaq; Abonentlərə kağız və SMS bildirişlər təqdim etmək; Abonentləri debitor borcları və ödəniş prosedurları barədə məlumatlandırmaq; Kommersiya şöbəsinin siyahıları əsasında debitor borclu abonentlərin qaz təminatını dayandırmaq və bərpa etmək; Qazın qaynaq üsulu ilə kəsilməsi zamanı prosesdə iştirak etmək; Müdaxilə, qanunsuz yerdəyişmə və quraşdırma halları aşkar edildikdə xidmət rəhbərliyinə və 104 nömrəsinə operativ məlumat vermək. Bilməlidir; Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Təhsil və iş təcrübəsinə dair tələblər; Tam orta təhsil; Tələb edilən iş stajı yoxdur; Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar; Tibbi sığorta: Təmin edilir. İş yerinə çatdırlma: Təmin edilmir. Son müraciət tarixi: 15.09.2026. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores