Now hiring

SƏTƏM üzrə texnik (Bakı) @ SOCAR

BakıOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Müəssisə: Heydər Əliyev adına Neft Emalı Zavodu Struktur vahidi: SƏTƏMM Vəzifənin adı: SƏTƏMM üzrə texnik Vəzifənin icra etdiyi funksiyalar: İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin müəyyənləşdirilməsində iştirak etmək; İstehsalatda baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin səbəblərinin araşdırılması və təhlilində iştirak etmək; İş yerlərinin və istehsalat avadanlıqlarının əməyin mühafizəsi tələblərinə uyğunluğunun qiymətləndirilməsi, attestasiya və sertifikatlaşdırma proseslərində bölmələrə dəstək göstərmək; İşçiləri əmək şəraiti, peşə xəstəlikləri və təhlükəli və zərərli istehsalat amillərindən mühafizə tədbirləri barədə məlumatlandırmaq; Binaların, qurğuların, avadanlıq, maşın və mexanizmlərin texniki vəziyyətinin və əməyin mühafizəsi tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək; Əməyin mühafizəsi üzrə təlimatlandırma, təlim və biliklərin yoxlanılması proseslərinin təşkilinə dəstək göstərmək; Bölmələrin əməyin mühafizəsi üzrə təlimatlar, qaydalar, plakatlar və digər əyani vəsaitlərlə təmin olunmasına dəstək vermək; Əməyin mühafizəsi üzrə hesabatların hazırlanmasında iştirak etmək; SƏTƏM tələblərinə və fərdi mühafizə vasitələrindən düzgün istifadəyə əməl olunmasına nəzarətdə iştirak etmək; Sahədə qaz testi, səs, alkoqol, külək və digər ölçmələri həyata keçirmək və nəticələri qeydiyyata almaq; Avadanlıq, maşın və mexanizmlərin texniki baxış və sınaqlarının vaxtında keçirilməsinə nəzarətdə iştirak etmək; Ventilyasiya və aspirasiya sistemlərinin, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinin yoxlanılmasında iştirak etmək; Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək; SƏTƏMM üzrə daxili sənədlərin və tələblərin işçilərə çatdırılmasına dəstək vermək; SƏTƏMM üzrə maarifləndirmə və təbliğat tədbirlərinin təşkilində iştirak etmək; Tələb olunduqda audit, yoxlama və monitorinqlərdə iştirak etmək; Baş vermiş hadisələrin araşdırılması üçün zəruri məlumatları toplamaq, ilkin araşdırma aparmaq və hesabat hazırlamaq. Vəzifə üzrə işə qəbul tələbləri: Tam orta və ya ali təhsil; SƏTƏMM sertifikatlarının olması üstünlükdür; İngilis dili biliyi üstünlükdür; Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə kurslarda iştirak üstünlükdür; Fiziki dözümlülük və obyektlərdə sərbəst hərəkət etmə bacarığı; Effektiv ünsiyyət və tələbləri aydın izah etmə bacarığı; İntizamlı, dəqiq və məsuliyyətli yanaşma; Müstəqil işləmək və təşəbbüs göstərmək bacarığı.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores