About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: İmişli rayonu üzrə Müayinə və istismara qəbul xidməti Vəzifənin adı: Qaz təsərrüfatının nəzarətçisi Dərəcə (ƏÖD): 05 Saatlıq əmək haqqı: 4,33 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: İmişli şəhəri, M.Əzizbəyov küçəsi 1 Vəzifə funksiyaları: Qaz kəmərlərinin, qaz xətlərinin, qurğuların və qaz avadanlıqlarının mütəmadi texniki müayinəsini aparmaq. Qaz təchizatı sistemində təhlükəli hallar, qaz sızmaları və texniki nasazlıqları aşkar etmək. Havalandırma, havadəyişmə xətləri, tüstü bacaları və təhlükəsizlik elementlərinin işlək vəziyyətini yoxlamaq. Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqlarını aşkar etdikdə müvafiq tədbirlər görmək və zərurət olduqda qaz təchizatını dayandırmaq. Müayinə zamanı aşkar edilmiş nöqsanları aktlaşdırmaq və texniki xidmətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təşkilini təmin etmək. Planlı müayinələr barədə istehlakçını əvvəlcədən məlumatlandırmaq, müayinə aktlarını tərtib etmək və aidiyyəti üzrə təqdim etmək. İstehlakçının müraciəti əsasında təkrar müayinələri müəyyən edilmiş müddətdə həyata keçirmək. Müayinənin aparılmasına maneə yarandıqda və ya təhlükə aşkar edildikdə qanunvericiliyə uyğun qazın verilməsini dayandırmaq. Qanunsuz qoşulma, sayğaca müdaxilə və icazəsiz qaz işləri aşkar etdikdə akt tərtib etmək və aidiyyəti üzrə məlumat vermək. Qəza təhlükəsi zamanı qəza xidməti gələnədək zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək. Qaz təchizatı üzrə müqavilələrin bağlanmasını və müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək. Qaz itkilərinin qarşısının alınmasına, istehlakçıların qaz təchizatında yaranan problemlərin həllinə və qazdan səmərəli istifadəyə nəzarət etmək. Abonentləri təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimatlandırmaq. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. İstehlakçılara etik davranış qaydalarına uyğun keyfiyyətli xidmət göstərmək. Xidmətin fəaliyyətinin səmərəli təşkili və əmək keyfiyyətinin yüksəldilməsinə dəstək vermək. Bilməlidir: Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında" Qanununu və Qazdan istifadə Qaydalarını. Qaz təsərrüfatında texniki təhlükəsizlik, qaz qurğularının tikintisi, quraşdırılması, istismarı və saxlanılması üzrə normativ tələbləri. Qaz qurğularında qazın atmosferə buraxılmaması, qazın təzyiqi, temperaturu, tərkibi və digər texniki göstəricilərə dair tələbləri. Tüstü bacaları, qaz xətləri, havalandırma və havadəyişmə sistemlərinin müayinə və təhlükəsiz istismar qaydalarını. Müayinə, texniki xidmət, monitorinq və müvafiq reyestrin aparılması qaydalarını. Qaz itkilərinin növlərini, yaranma səbəblərini və aradan qaldırılması üsullarını. Görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və xidmət qaydalarını. İstifadə olunan alət, cihaz və inventarlarla işləmə qaydalarını. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və istehsalat intizamı qaydalarını. Təhsil və iş təcrübəsinə dair tələblər: Tələb edilən təhsil - tam orta təhsil; İş təcrübəsi - tələb edilmir. Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Vəzifənin tələb etdiyi səriştəliklər: Dürüstlük; Etik davranış; Məsuliyyət; Nizam-intizam; Şifahi özünüifadə. Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir; Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir; Son müraciət tarixi : 03.09.2026