About this role
Vakansiyanın təsviri Vakansiya haqqında məlumatlar: Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Ağsu Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Şamaxı rayonu üzrə Müayinə və istismara qəbul xidməti İş yeri: (Şamaxı şəhəri) Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi Dərəcə:(ƏÖD) 05 Saatlıq əmək haqqı: 4.33 AZN Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 1 Vəzifə funksiyalarıı Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək. Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq. Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyən etmək. Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək. İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq. Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq üçün giliz və təhlükəsizlik tədbirlərini təmin etmək. Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq. Qaz cihaz və avadanlıqlarının sertifikatlı və istifadəyə yararlı olmasını yoxlamaq. Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək. Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq. Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək. İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək. Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək. Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq. İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək. Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək. Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq. İstehlakçının müraciəti əsasında təkrar müayinəni 3 iş günü ərzində aparmaq. Müayinə üçün şərait yaradılmadıqda qazın verilməsini dayandırmaq və müəyyən edilmiş qaydada təkrar müayinə aparmaq. Təhlükə aşkar edildikdə qaz təchizatını dərhal dayandırmaq və zəruri tədbirlər görmək. Müayinə aktlarını məlumat reyestrinə daxil edilməsi üçün aidiyyəti üzrə təqdim etmək. Qanunsuz qoşulma və müdaxilələri aşkar etmək, qazı ayırmaq, akt tərtib etmək və aidiyyəti üzrə təqdim etmək. İcazəsiz qaz xətti və qaz cihazı dəyişikliklərini aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək. Qəza təhlükəsi zamanı qəza xidməti gələnədək təhlükəsizlik tədbirləri görmək. Abonentlərə qazdan istifadə qaydaları üzrə təlimat və təkrar təlimat keçmək. Əməyin mühafizəsi, texniki, yanğın və sanitariya-gigiyena qaydalarına riayət etmək. Bilməlidir Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu; Qazdan istifadə Qaydalarını; Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını; Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri; Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri; Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını; Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını; Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası; Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını. Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını; Görülən işlərin texnoloji prosesini; Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını; İstifadə edilən alət və inventarları; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını; Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını; İstehsalat və əmək intizamı qaydalarını. Təhsil və iş təcrübəsinə dair tələblər Tam orta təhsil. İş təcrübəsi tələbi yoxdur. Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Vəzifənin tələb etdiyi səriştəliklər: dürüstlük etik davranış məsuliyyət nizam-intizam şifahi özünü ifadə Digər məlumatlar: Tibbi sığorta - təmin edilir İş yerinə çatdırılma - təmin edilmir