About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti Struktur vahidi: 1 saylı AXTS-nin 6 saylı avtomobil dəstəsi Vəzifənin adı: Mexanik (Nəqliyyat üzrə, Naxçıvan şəhəri) Dərəcə: 11 Vəzifə maaşı: 1090,00 manat İş rejimi : Tam iş vaxtı (həftədə 40 saat) Vəzifənin icra etdiyi funksiyalar: Sahə rəisi tərəfindən avtonəqliyyat vasitələrinin təmirinin həyata keçirilməsinə dair tapşırığı əldə etmək; Təmir işlərinə cəlb olunacaq işçilərin təlimatlandırılması və təlimat vərəqələrinə məlumatları qeyd etmək; Aparılacaq təmir işlərinin planlaşdırılması və plana müvafiq olaraq xidmət sahəsinin işçilərinə tapşırıqların təyin olunmasında iştirak etmək; Avtonəqliyyat vasitələrinin təmirinə dair plan tapşırıqlarının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək; Təmir olunacaq avtonəqliyyat vasitələrinə ilkin baxışın keçirilməsi və nasazlığın araşdırılması üzrə işlərə nəzarət etmək; İlkin araşdırma nəticəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sıradan çıxmış və ya təmir olunması mümkün olan ehtiyat hissələrinin müəyyənləşdirilməsi üzrə işlərə nəzarət etmək; Sıradan çıxmış ehtiyat hissələrinin yenisi ilə dəyişdirilməsi məqsədilə sifarişin hazırlanmasında iştirak etmək; Yeni alınmış ehtiyat hissələrinin sıradan çıxmış ehtiyat hissələri ilə dəyişdirilməsi üzrə işlərə nəzarət etmək; Təmir olunması mümkün olan ehtiyat hissələrinin bərpası üzrə işlərə nəzarət etmək; Nəqliyyat vasitələrinin üzərinə quraşdırılmış ehtiyyat hissələrinin qüsur və quraşdırma aktlarını tərtib etmək və sahə rəhbərliyinə təqdim etmək; Nəqliyyat vasitələrində aparılmış texniki qulluq və təmir işlərinin təmir qeydiyyat jurnalında qeydiyyatını aparmaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək; İşlərin icrası barədə tərtib edilən aktların yoxlanması və müvafiq qaydada təhvil verilməsi işlərində iştirak etmək; İşdən öncə təlimat vərəqələrinin tərtib etmək; İstifadədən çıxmış avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin təhvil verilməsi üzrə işləri icra etmək; Texniki qulluq qrafikinə əsasən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair tapşırığı əldə etmək; Texniki qulluq işlərinə cəlb olunacaq işçilərin təlimatlandırmaq və təlimat vərəqələrinə məlumatları qeyd etmək; Aparılacaq texniki qulluq işlərinin planlaşdırılması və plana müvafiq olaraq xidmət sahəsinin işçilərinə tapşırıqların təyin olunmasında iştirak etmək; Avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair plan tapşırıqlarının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək; Texniki xidmət göstəriləcək olan avtonəqliyyat vasitələrinə ilkin baxışın keçirilməsi və nasazlıqların araşdırılması üzrə işlərə nəzarət etmək; Sıradan çıxmış ehtiyat hissələrinin yenisi ilə dəyişdirilməsi məqsədilə sifarişin hazırlanmasında iştirak etmək; Yeni alınmış ehtiyat hissələrinin sıradan çıxmış ehtiyat hissələri ilə dəyişdirilməsi üzrə işlərə nəzarət etmək; Təmir olunması mümkün olan ehtiyat hissələrinin bərpası üzrə işlərə nəzarət etmək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək; İşlərin icrası barədə tərtib edilən aktların yoxlanması və müvafiq qaydada təhvil verilməsi işlərində iştirak etmək; İşdən öncə təlimat vərəqələrini tərtib etmək; İstifadədən çıxmış avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin təhvil verilməsi üzrə işləri icra etmək; Xəttə buraxılan və xətdən qayıdan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üzrə işlərin təşkil etmək; Xəttə buraxılmamışdan qabaq nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarəti həyata keçirmək; Xətdən qayıtdıqdan sonra nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarəti həyata keçirilməsi və onun texniki vəziyyətinə uyğun olaraq dayanacağa və ya təmirə göndərilməsini təmin etmək; Nəqliyyat vasitələrinin fasiləsiz, düzgün istismarını, saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasını təmin etmək; Xüsusi geyim və fərdi mühafizə vasitələrinin, mal-material ehtiyatlarının daim izlənməsi və vaxtında tələbnamələrin hazırlamaq; Əldə edilmiş mal-material, xüsusi geyim və fərdi mühafizə vasitələrinin təyinatı üzrə istifadəsinə nəzarət etmək; Xidmət sahəsi üzrə nəqliyyat vasitələrinin iş vaxtı uçotu tabelini tərtib etmək; Xidmət sahəsi üzrə xidməti yazı və məktub layihələrini hazırlamaq. Vəzifə üzrə işə qəbul tələbləri: Ali (bakalavr) təhsil (Nəqliyyat və daşımalar), Minimum 2 (iki) il müvafiq sahə üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi tələb olunur. AXTS-nin istehsalat-təsərrüfat fəaliyyətinə aid olan normativ və başqa göstərici sənədləri, avadanlıqlarının texniki xarakteristikası, quruluş xüsusiyyətlərini; istismar göstəricilərini və onun texniki istismar qaydalarını, texniki-iqtisadi və istehsal planlaşdırılmasının qayda və metodlarını, müasir diaqnostikanın üsulları və metodlarını; Oxşar məhsulların istehsalı sahəsində qabaqcıl təcrübəni, istehsalın və idarəetmənin təşkilini; Texniki istismarın əsas məqsədini, problemlərini və müxtəlif avadanlıqlar və üsullar vasitəsilə nəqliyyat parkının texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsini; Təmir və texniki qulluğun növlərini və mahiyyətini; Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılmasını (atmosferin çirklənməsinin minimuma endirilməsi, hərəkət tərkibinin səslə əlaqədar təsirin azaldılması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması); Nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini; İstismar prosesində nəqliyyat vasitələrinin texniki vəziyyətinin dəyişmə səbəblərini və onlara təsir edən amilləri; Nəqliyyatda texniki təchizatın əsas problemlərini; İstismar materiallarının keyfiyyət göstəricilərini; Texniki qulluq və təmirlərin həyata keçirilməsi üçün texnoloji avadanlıqların təsnifatını və tətbiq sahələrini; Avtonəqliyyat və xüsusi texnikanın gündəlik və dövri texniki baxışını aparılmasını; Nasazlıqları vaxtında aşkar edib təmir tədbirləri görülməsini; Texnikanın istismar qaydalarına uyğun işlədilməsinə nəzarəti həyata keçirilməsini; Texniki sənədləri (baxış jurnalı, təmir aktı) doldurulmasını; Təmir zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını; Avtobus, yük maşını parkının texniki sazlığını qorunmasını; Sürücülərdən daxil olan texniki şikayətləri araşdırılmasını; Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə və yol hərəkətinin qayda və normalarını. Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri; Microsoft Excel, Microsoft Word, proqramlarında sərbəst işləmək bacarığı.