Now hiring

Mühafizəçi (Kişi namizədlər üçün) (Baku, AZ) @ SOCAR

Baku, Baki, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (kişi namizəd) peşəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi Struktur vahidi: Müxtəlif komandalar Vəzifənin adı: Mühafizəçi (kişi namizəd) Dərəcə: 06 Müqavilənin növü: müddətli Vəzifənin icra etdiyi funksiyalar: 1. Növbənin və postların təhvil-təsliminin aparılması; 2. Təlimatda iştirak edərək təlimatın mövzusu üzrə məlumatların alınması; 3. Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması; 4. Qarovulun istifadə etdiyi şərti işarələrin öyrənilməsi; 5. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması; 6. Mühаfizəyə götürülən оtаqlаrın, аnbаrlаrın pəncərə və qаpılаrının, кilid, möhür və dаmğаlаrın vəziyyətinin yoxlanması; 7. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması; 8. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi; 9. Obyektlərdə personal və ziyarətçilər üçün giriş və obyektdaxili rejimlərin təmin edilməsi; 10. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması; 11. Buraxılış bürosu olmayan obyektlərdə buraxılış vərəqələrinin vaxtında qaytarılmasına nəzarət edilməsi; 12. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması; 13. Mühafizə olunan obyektlərin girişində və çıxışında əmlakın, habelə nəqliyyat vasitələrinin yoxlanılması; 14. Obyektdən çıxarılan və obyektə gətirilən əmlakın giriş-çıxışının buraxılış rejimi qaydalarına uyğun həyata keçirilməsi; 15. Mühafizə olunan binalarda, obyektlərin ərazisində və perimetri boyunca stasionar və səyyar postalarda xidmətin həyata keçirilməsi, həmçinin mühəndis-texniki mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi və aşkarlanan nöqsanlar barədə aidiyyəti üzrə məlumat verilməsi; 16. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması; 17. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması; 18. Xidmətin təşkili və aparılmasına dair sənədlərdə, jurnallarda müvafiq qeydiyyatların aparılması; 19. Vəzifə funksiyalarının icrasından irəli gələn işlər barədə daxili nəzarət və dövlət orqanları tərəfindən tələb olunan məlumatların və izahatların təqdim edilməsi; 20. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi; 21. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi; 22. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi; 23. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi. Vəzifə üzrə işə qəbul tələbləri: Vətəndaşlıq-Azərbaycan Cins-Kişi Yaş 20-29 Təhsil pilləsi-tam orta təhsil Həqiqi hərbi xidmətdə olmuş Fiziki cəhətdən sağlam Əvvəllər məhkumluğu olmayan Boyu 175 sm və yuxarı olan şəxslər “Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər: 100 (yüz) metr məsafəyə qaçmaq – max.15 saniyə; 1000 (min) metr məsafəyə qaçmaq – max.4 dəqiqə 30 saniyə. Turnikdə dartınmaq – min. 7 dəfə.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores