Now hiring

mükafatlandırma üzrə aparıcı mütəxəssis (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir SOCAR Baş ofisi Əmək haqqı və imtiyazların tənzimlənməsi şöbəsində mükafatlandırma üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: 🔹 Əməkhaqqı strukturlarının, vəzifə dərəcələndirmə (job grading) sisteminin, bonus və stimullaşdırıcı mexanizmlərinin idarə edilməsində iştirak edilməsi; 🔹 Əməkhaqqı üzrə bazar araşdırmaları, benchmarklar əsasında mövcud əməkhaqqı və mükafatlandırma sistemlərinin müqayisəli təhlillərin aparılması və hesabatların hazırlanması; 🔹 Performansa əsaslanan mükafatlandırma modellərinin (KPI) tətbiqi və monitorinqində iştirak edilməsi; 🔹 İR Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək əməkhaqqı və mükafatlandırma mövzularında metodoloji və analitik dəstək verilməsi; 🔹 Əməkhaqqı, mükafatlandırma və imtiyazların idarəedilməsi proseslərinin təkmilləşdirilməsi üzrə təşəbüsslərdə iştirak edilməsi; 🔹 Əməkhaqqı üzrə büdcənin planlaşdırılması və icrası proseslərində iştirak etmək, büdcə göstəriciləri üzrə analitik hesabatların hazırlanmasında iştirak edilməsi; 🔹 Əmək qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsində iştirak edilməsi. Vəzifə üzrə işə qəbul tələbləri: 🔹 İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi; 🔹 Əməkhaqqı, müavinətlər, kompensasiya və mükafatlandırma və ya əlaqəli sahələr üzrə ən azı 4-5 il iş təcrübəsi; 🔹 Əməkhaqqı strukturları, vəzifələrin qiymətləndirilməsi və dərəcələndirilməsi sistemləri, bonus və stimullaşdırma mexanizmləri üzrə güclü nəzəri və praktiki biliklər; 🔹 Performansa əsaslanan mükafatlandırma mexanizmlərinin tətbiqi üzrə təcrübə; 🔹 Əməkhaqqı və ödəniş təcrübələri ilə bağlı əmək qanunvericiliyi və müvafiq normativ sənədlər üzrə biliklər; 🔹 Güclü riyazi və analitik bacarıqlar, məlumatları strukturlaşdırmaq, təhlil etmək və analitik nəticələri effektiv şəkildə təqdim etmək bacarığı; 🔹 MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; 🔹 Power BI və ya digər analitika alətləri ilə işləmək təcrübəsi; 🔹 HRIS sistemləri ilə işləmək təcrübəsi; 🔹 Güclü analitik düşüncə və məlumatların şərh edilməsi bacarığı; 🔹 Güclü problem həll etmə bacarıqları; 🔹 Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı; 🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək; 🔹 Müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür. Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; 🔹 Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 21.08.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores