Now hiring

Böyük mühəndis (Əmək normalarının işlənməsi) (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Böyük mühəndis vəzifəsinə əməkdaş axtarılır. Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsi Struktur vahidi: Əmək normalarının işlənməsi şöbəsi Vəzifənin adı: Böyük mühəndis Dərəcə: 15 Vəzifənin icra etdiyi funksiyalar: Müəssisənin təşkilati strukturunun dizayn olunması, əsaslandırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Struktur bölmələr üzrə optimal işçi sayının müəyyən edilməsi və ştat tərkibinin formalaşdırılması; Əmək proseslərinin təhlili, təkmilləşdirilməsi və normalaşdırılması; Proseslər üzrə iş vaxtı sərfinin ölçülməsi və vaxt normalarının hesablanması; İş yükü analizlərinin və müşahidə-ölçmə işlərinin aparılması; İdarəetmə normalarının (span of control) müəyyən olunması; Müəssisənin istehsal gücünün (hasilat normalarının) və xidmət normalarının hesablanması; Əmək normalarının tətbiqi, monitorinqi və təkmilləşdirilməsi; Struktur və ştat dəyişikliklərinin normativ əsaslandırılmasının aparılması; Normalaşdırma üzrə hesabatların, analitik arayışların və metodiki materialların hazırlanması; Aidiyyəti struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi; Normalaşdırma sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərin tələblərinə riayət olunmasının təmin edilməsi. Vəzifə üzrə işə qəbul tələbləri: Ali təhsil (iqtisadiyyat, idarəetmə, insan resurslarının idarəolunması sahələri üzrə); Minimum 4 il mütəxəssis və rəhbər vəzifələrdə iş təcrübəsi (əməyin normalaşdırılması, işçi sayının planlaşdırılması, optimallaşdırılması və oxşar sahələr üzrə); Əməyin normalaşdırılması metodları və əmək qanunvericiliyi üzrə biliklər; Təşkilati dizayn, proses analizi və optimallaşdırılması üzrə biliklər; İşçi ehtiyacının müəyyən olunması və işçi qüvvəsinin planlanması üzrə biliklər; İş dizaynı və iş axını diaqramlarının hazırlanması (xəritələndirilməsi) üzrə nəzəri və praktiki biliklər; Ştat cədvəlinin və ştat vahidlərinin formalaşdırılması üzrə praktiki biliklər; MS Excel, Power BI, Visio proqramlarında sərbəst işləmək bacarığı; İngilis dili və Rus dili (B1+); Analitik düşünmə, hesablamalar aparmaq və nəticələri əsaslandırmaq bacarığı; Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı. Güzəştlər və imtiyazlar: Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Güzəştli istirahət imkanı; Pulsuz parkinq xidməti. Uyğun namizədlər müraciət edə bilər.

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores