About this role
Vəzifə funksiyaları; Planlı və növbədənkənar sayğac əvəzlənməsini icra etmək. Sayğaclara texniki baxış keçirmək və qüsurları aşkar etmək. Nasaz və yararsız sayğacları əvəzləmək və ya çıxarmaq. Nəzarət-ölçü cihazlarını təmir, sazlama və quraşdırmaq. Cihaz nasazlıqlarını aradan qaldırmaq. Sayğac göstəricilərini toplamaq və təqdim etmək. Qaz şəbəkəsi və avadanlıqlarına texniki baxış keçirmək. Qaz sızmalarının qarşısını almaq. Aylıq sayğac oxuma işlərini həyata keçirmək. Abonentlərə bildirişləri çatdırmaq. Qazın verilməsini dayandırmaq və bərpa etmək. Qaynaqla qaz kəsimi işlərində iştirak etmək. Qanunsuz müdaxilələrin qarşısını almaq. Aşkar edilmiş müdaxilələr barədə operativ məlumat vermək. Bilməlidir; Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz kəmərlərində bilərziklərin quraşdırılması üsullarını; Yeraltı qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Kvalifikasiya tələbləri; Vakansiyaya müraciət edəcək namizədlər üçün minimum tam orta təhsil tələb olunur. İş təcrübəsi tələbi yoxdur. Vəzifə (taarif) maaşı; Saatlıq əmək haqqı: 3.84 AZN SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir. Digər məlumatlar; Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat) İş yeri: Salyan RQİİ, (İmişli rayonu) İmişli rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşə: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər ƏÖD: 4