Now hiring

Mühafizəçi (Xanım namizədlər üçün) (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (Xanım namizədlər üçün) peşəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi Struktur vahidi: Müxtəlif komandalar Vəzifənin adı: Mühafizəçi (Xanım namizəd) Dərəcə: 06 Müqavilənin növü: müddətli Əmək haqqı: 3.46 AZN/saatlıq Vəzifənin icra etdiyi funksiyalar: 1. Növbənin və postların təhvil-təsliminin aparılması; 2. Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması; 3. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması; 4. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması; 5. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi; 6. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması; 7. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması; 8. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması; 9. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması; 10. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi; 11. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi; 12. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi; 13. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi. Vəzifə üzrə ümumi tələblər: Vətəndaşlıq-Azərbaycan Cins-Qadın Yaş 20-29 Təhsil pilləsi-tam orta təhsil Fiziki cəhətdən sağlam Əvvəllər məhkumluğu olmayan Boyu 170 sm və yuxarı olan şəxslər "Mühafizəçi" peşəsinə müraciət edənlər üçün əlavə şərtlər: 100 (yüz) metr məsafəyə qaçmaq - max.19 saniyə; 1000 (min) metr məsafəyə qaçmaq - max. 5dəqiqə 45 saniyə. Press - min. 15 dəfə. Xüsusi tələblər

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores