About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR DOWNSTREAM MANAGEMENT Struktur vahidi: Biznes mükəmməlliyi Vəzifənin adı: Korporativ performans üzrə mütəxəssis Vəzifənin icra etdiyi funksiyalar: Fəaliyyətin monitorinqi: Təşkilati hədəf və məqsədlərlə bağlı KPI-ların (əsas fəaliyyət göstəricilərinin) monitorinqi və təhlili. Fəaliyyətin müəyyən olunmuş hədəflərə uyğunluğunu qiymətləndirmək üçün əsas əməliyyat göstəricilərinin izlənilməsi və hesabatlığının aparılması. Məlumatların toplanması və təhlili: Trendləri, qanunauyğunluqları və kənarlaşmaları (anomaliyaları) müəyyən etmək üçün məlumatların toplanması, analizi və şərhi. praktiki tətbiqə yararlı tövsiyələr hazırlamaq üçün məlumat analizi alətlərindən istifadə edilməsi. Hesabatlılıq və təqdimat: Rəhbərlik və maraqlı tərəflər üçün fəaliyyətin səmərəliliyinə dair mütəmadi hesabatların hazırlanması. Əsaslandırılmış qərarların qəbulunu təmin etmək məqsədilə əldə olunmuş nəticələrin və tövsiyələrin funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalara təqdim edilməsi. Proses Təkmilləşdirilməsi: Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması. Sənədləşdirmə və qeydlərin aparılması: Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması. Funksiyalararası əməkdaşlıq: Fəaliyyətlə bağlı məlumat və korporativ bilikləri toplamaq üçün müxtəlif departamentlərlə əməkdaşlıq edilməsi. Fəaliyyət hədəflərini təşkilatın ümumi məqsədləri ilə uyğunlaşdırmaq üçün komandalarla sıx əməkdaşlıq edilməsi. Vəzifə üzrə işə qəbul tələbləri: Biznesin idarə edilməsi (Business Administration), Layihələrin idarə edilməsi, Statistika və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinin olması arzuolunandır).. Məlumatları və trendləri effektiv şəkildə şərh etmək bacarığı da daxil olmaqla, güclü analitik və problemləri həll etmə (problem-solving) qabiliyyəti. Mürəkkəb məlumatları aydın, lakonik və anlaşılan formada təqdim etmək bacarığı da daxil olmaqla, mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları. Funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalarla iş təcrübəsi və effektiv əməkdaşlıq qurmaq bacarığı. Detallara qarşı diqqətlilik, yüksək təşkilatçılıq, eyni vaxtda bir neçə tapşırığı idarə etmək (multi-tasking) və təyin olunmuş son müddətlərə (deadline) riayət etmək qabiliyyəti. Strateji fəaliyyətin idarə edilməsi alətləri (məs: Balanced Scorecard – Balanslaşdırılmış Göstəricilər Sistemi) və metodologiyaları ilə işləmə bacarığı və ya tanışlıq.