About this role
Uzun Təsvir SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (kişi namizəd) peşəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi Struktur vahidi: Müxtəlif komandalar Vəzifənin adı: Mühafizəçi (kişi namizəd) Dərəcə: 06 Müqavilənin növü: müddətli Əmək haqqı: 3.46 AZN/saatlıq Vəzifənin icra etdiyi funksiyalar: 1. Növbənin və postların təhvil-təsliminin aparılması; 2. Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması; 3. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması; 4. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması; 5. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi; 6. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması; 7. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması; 8. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması; 9. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması; 10. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi; 11. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi; 12. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi; 13. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi. Vəzifə üzrə işə qəbul tələbləri: Vətəndaşlıq-Azərbaycan Cins-Kişi Yaş 20-29 Təhsil pilləsi-tam orta təhsil Həqiqi hərbi xidmətdə olmuş Fiziki cəhətdən sağlam Əvvəllər məhkumluğu olmayan Boyu 175 sm və yuxarı olan şəxslər “Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər: 100 (yüz) metr məsafəyə qaçmaq – max.15 saniyə; 1000 (min) metr məsafəyə qaçmaq – max.4 dəqiqə 30 saniyə. Turnikdə dartınmaq – min. 7 dəfə.