About this role
Vəzifə funksiyaları; Gəncə RQİİ, Goranboy rayonu üzrə müayinə və istismara qəbul xidmətində qaz təsərrüfatının nəzarətçisi (5-ci dərəcə) Qaz kəmərləri, boru xətləri və üzərində quraşdırılmış qurğuların mütəmadi müayinəsini aparmaq; Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq; Qaz təchizatı sistemində təhlükəli zonaları müəyyənləşdirmək və qiymətləndirmək; Müayinə zamanı aşkar edilmiş nöqsan və pozuntuları aktda qeyd etmək, istehlakçının texniki xidməti həyata keçirəcək tərəf üzrə seçimini rəsmiləşdirmək; İstehlakçıya ən azı 5 iş günü əvvəl bildiriş verməklə ildə bir dəfə müayinə keçirmək; Tikinti konstruksiyalarından keçən qaz xətlərində korroziya riskinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görmək; Qaz borularının yerləşdiyi sahələrdə havalandırma və havadəyişmə sistemlərini yoxlamaq; Sertifikatlaşdırılmış qaz cihaz və avadanlıqlarının istismara yararlılığını yoxlamaq; Standartlara uyğun olmayan və ya təhlükəli qaz avadanlıqları barədə xidmət rəhbərinə məlumat vermək; Təhlükəli qaz avadanlıqlarını dərhal qaz şəbəkəsindən ayırmaq; Qeyri-standart avadanlıq aşkar edildikdə istehlakçını məlumatlandırmaq və müvafiq tədbirlər görmək; İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını və nüsxələrinin təqdim edilməsini təmin etmək; Müddəti başa çatmış müqavilələrin yenilənməsini təmin etmək; Balans mənsubiyyəti sərhədi çərçivəsində qaz qurğuları, qaz xətləri, tüstü bacaları, havalandırma və havadəyişmə xətlərinin texniki vəziyyətini plan-qrafikə uyğun müayinə etmək; Müayinə nəticələrini 2 nüsxədə aktla rəsmiləşdirmək və bir nüsxəsini istehlakçıya təqdim etmək; Müayinə zamanı aşkar edilmiş nöqsan və pozuntular üzrə texniki xidmət seçimini müayinə aktında qeyd etmək; Müayinəyə şərait yaradılmadıqda bunu aktlaşdırmaq və qazın verilməsinin dayandırılmasını təmin etmək; İstehlakçının müraciəti əsasında təkrar müayinəni 3 iş günündən gec olmayaraq keçirmək; Müayinə üçün şərait yaradılmadıqda aidiyyəti üzrə məlumat vermək, müraciətdən sonra 1 iş günü ərzində müayinəni təşkil etmək; Təbii qazdan istifadədə təhlükə aşkar edildikdə qaz təchizatını dayandırmaq və qanunvericiliyə uyğun tədbirlər görmək; Müayinə aktlarını Müayinə və texniki xidmət məlumatları reyestrinə təqdim etmək; Qanunsuz qoşulma və müdaxilə halları aşkar etdikdə qazın verilməsini dayandırmaq, akt tərtib etmək və aidiyyəti üzrə təqdim etmək; Qaz qurğuları və xətlərində icazəsiz dəyişikliklər aşkar etdikdə xidmət rəhbərliyinə məlumat vermək; Qəza təhlükəsi zamanı qəza xidməti gələnədək zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək; Xidmət ərazisində qaz itkilərinin qarşısının alınmasına və təbii qazdan səmərəli istifadəyə nəzarət etmək; İstehlakçıların qaz təchizatı ilə bağlı problemləri barədə xidmət rəhbərinə məlumat vermək; Abonentlərə təbii qazdan istifadə qaydaları üzrə ilkin və təkrar təlimatlar keçmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək; Abonentlərə etik, nəzakətli və keyfiyyətli xidmət göstərmək; Müayinə və istismara qəbul xidmətinin 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçilərinə peşə fəaliyyətində metodiki dəstək göstərmək. Bilməlidir; Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında" Qanununu; Qazdan istifadə Qaydalarını; Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını; Qaz qurğularının tikintisi, quraşdırılması, istismarı və saxlanılması tələblərini; Qaz qurğularına dair qazın atmosferə buraxılmaması, təzyiqi, temperaturu, tərkibi və digər texniki göstəricilər üzrə tələbləri; Tüstü bacalarının təhlükəsiz istismar qaydalarını; Müayinə və texniki xidmət üzrə monitorinq qaydasını; Qaz qurğuları, qaz xətləri, tüstü bacaları, havalandırma və havadəyişmə xətlərinin müayinə qaydasını; Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və istifadəsi qaydasını; Qaz itkilərinin növlərini, səbəblərini və aradan qaldırılması üsullarını; Görülən işlərin texnoloji prosesini; Avadanlıqların texniki istismar və xidmət qaydalarını; İstifadə olunan alət və inventarları; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərini; Yanğından mühafizə vasitələri və yanğınsöndürmə üsullarını; İstehsalat və əmək intizamı qaydalarını. Kvalifikasiya tələbləri; Təhsil tələbi: tam orta təhsil. İş təcrübəsi tələb olunmur. Vəzifə (taarif) maaşı; Saatlıq əmək haqqı: 4.33 AZN SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir. Digər məlumatlar; Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat) iş yeri: Gəncə Regional Qaz İstismarı İdarəsi, Goranboy rayonu