About this role

Uzun Təsvir

SOCAR-ın Geofizika və Geologiya İdarəsi Hüquq şöbəsinin Böyük hüquq məsləhətçisi vəzifəsinə əməkdaş axtarır.

Vəzifə haqqında məlumat:

Müəssisə: SOCAR-ın Geofizika və Geologiya İdarəsi
Struktur vahidi: Hüquq şöbəsi
Vəzifə: Böyük hüquq məsləhətçisi
Dərəcə: 15

Vəzifə funksiyaları:

İdarənin hüquq və qanuni mənafelərini bütün məhkəmə instansiyalarında (birinci instansiya, apellyasiya, kassasiya və icra mərhələləri daxil olmaqla) təmsil etmək.
İddia ərizələri, etirazlar, qarşılıqlı iddialar, vəsatətlər, apellyasiya və kassasiya şikayətləri və digər prosessual sənədləri hazırlamaq və məhkəmələrə təqdim etmək.
Məhkəmə işləri üzrə hüquqi mövqeni formalaşdırmaq, sübutları toplamaq və təhlil etmək, məhkəmə qərarlarının icrasını təmin etmək.
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası, razılaşdırılması və qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək.
Satınalma sənədləri, müqavilələr, əmrlər və digər hüquqi sənədlər üzrə hüquqi rəy vermək.
Struktur bölmələrdən daxil olan müraciət və sənədləri araşdırmaq, hüquqi riskləri qiymətləndirmək və müvafiq tədbirlər görmək.
Dövlət və qeyri-dövlət orqanları, məhkəmələr və digər təşkilatlarla hüquqi yazışmalar aparmaq, vətəndaş müraciətlərini araşdırmaq və cavab layihələri hazırlamaq.
Debitor borcların alınması, təşkilatın hüquqi və maliyyə maraqlarının qorunması, qanunvericilik dəyişikliklərinin izlənilməsi və əməkdaşlara hüquqi məsləhət verilməsini təmin etmək.
Hüquqi sənədlərin uçotunu və saxlanılmasını, ESD sistemi vasitəsilə hüquqi ekspertizanı və gündəlik hüquqi kargüzarlıq işlərini həyata keçirmək.
Rəhbərliyin tapşırıqlarına uyğun digər hüquqi funksiyaları yerinə yetirmək.

İşə qəbul tələbləri:

Hüquq ixtisası üzrə ali təhsil.
Müvafiq sahə üzrə minimum 4 il peşəkar iş təcrübəsi.

İngilis dili bilikləri
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq müqavilələri, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə digər normativ hüquqi aktlar üzrə biliklər.
Məhkəmə prosesləri, müqavilə hüququ və hüquqi sənədlərin hazırlanması sahəsində bilik və təcrübə.
Elektron sənəd dövriyyəsi sistemləri və MS Office proqramlarından istifadə bacarığı.
Analitik düşünmə, detallara diqqət, yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Əmək haqqı məlumatları:

Əmək haqqı: 2 183 AZN
Əlavə ödəniş: gündəlik yemək xərci üçün 5 AZN.
Güzəştlər və imtiyazlar
Sabit və etibarlı iş mühiti.
Peşəkar inkişaf və karyera imkanları.
Güzəştli istirahət imkanı.
Pulsuz parkinq.
Servislə iş yerinə çatdırılma.

Son müraciət tarixi: 25.07.2026