Now hiring

İnsan resursları üzrə mütəxəssis (Baku, AZ, AZ) @ SOCAR

Baku, AZ, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

Uzun Təsvir SOCAR Baş Ofisin Strateji işçi qüvvəsi planlaması və analitika şöbəsinin insan resursları üzrə mütəxəssis (İşçi qüvvəsi planlaması üzrə) vəzifəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Baş ofisi Struktur vahidi: Strateji işçi qüvvəsi planlaması və analitika şöbəsi Vəzifənin adı: insan resursları üzrə mütəxəssis Vəzifənin icra etdiyi funksiyalar: İşçi qüvvəsi planlarının hazırlanmasını, işçi qüvvəsinə dair ehtiyacların təhlilini aparmaq; İşçi qüvvəsinin planlaşdırılması ilə bağlı müraciətləri təhlil etmək, qiymətləndirmək və rəylər vermək; İnsan resursları üzrə statistik və analitik hesabatlar hazırlamaq, trendləri müəyyən etmək və inkişaf təklifləri vermək; İşçi qüvvəsinin planlaşdırılması üzrə siyasət, prosedur və metodologiyaların hazırlanması və təkmilləşdirilməsində iştirak etmək; HRIS və digər məlumat sistemlərində işçi qüvvəsinə dair məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək. Vəzifə üzrə işə qəbul tələbləri: Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil; İşçi qüvvəsinin planlaşdırılması sahəsində minimum 2 il iş təcrübəsi; Analitik düşünmə və məlumatların təhlili bacarığı; Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı; Təqdimat hazırlamaq və nəticələri aydın şəkildə təqdim etmək bacarığı. Üstünlük hesab olunur SAP SuccessFactors-da işləmə təcrübəsi; Power BI və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə bacarığı; SHRM, HRCI, CIPD və ya digər peşəkar HR sertifikatlarının olması. Güzəştlər və imtiyazlar: Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Güzəştli istirahət imkanı; Pulsuz parkinq xidməti. Son müraciət tarixi: 30.10.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores