About this role
Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR Downstream Struktur vahidi: Prosesin təhlükəsizliyi Vəzifənin adı: Proses təhlükəsizliyi üzrə aparıcı mühəndis Vəzifənin icra etdiyi funksiyalar: SƏTƏMM üzrə əməliyyatların mükəmməlləşdirilməsi proqramında SƏTƏMM mədəniyyətinin inkişaf etdirilməsində və Proses Təhlükəsizliyi İdarəetmə sisteminin qurulmasında dəstək olmaq Proses təhlükəsizliyi üzrə əlaqəli layihə sənədlərinin ( təhlükəsizlik sistemi avadanlıqlarının yerləşmə planı, texniki məlumat vərəqləri, Risk qiymətləndirmələri, Səbəb-Nəticə diaqramları) yoxlanılması What-if, HAZOP, LOPA, SIL kimi Proses Təhlükələri Analizi (PHA) çalışmalarında iştirak etmək və qərarlaşdırılmış tədbirlərin həyata keçirilmə planını izləmək Təhlükəsizlik Sistemlərinin Baypası zamanı Risk Qiymətləndirməsi (SORA) ilə bağlı görüş və fəaliyyətlərdə iştirak etmək Proses təhlükəsizliyi üzrə mühəndislərin inkişafına dəstək olmaq Təmir (TAR) və yeni qurğuların tikintisindən sonra, DİO üzrə həyata keçən sistemin işə verilmədən öncə təhlükəsizlik baxışları (PSSR) görüşlərində iştirak etmək Baş vermis Proses Təhlükəsizliyi hadisələri üçün Kök Səbəb-Nəticə Analizi (RCA) görüşlərini aparmaq və ya iştirak etmək Vəzifə üzrə işə qəbul tələbləri: Bakalavr dərəcəsi (Kimya mühəndisliyi və ya buna yaxın digər ixtisaslar üzrə) Uyğun sahə üzrə minimum 4 il iş təcrübəsi Layihələrin erkən mərhələsindən başlayaraq SƏTƏMM və Proses Təhlükəsizliyi tələblərinin inteqrasiyasına dəstək olmaq, təhlükəsizlik üzrə dizayn fəlsəfəsinin formalaşdırılmasında iştirak etmək Fire Hazardous Area Classification (FHAC) və Hazardous Area Classification (HAC) işlərini aparmaq, zonalaşdırma (Zone 0/1/2, temperature class, gas group) üzrə texniki əsaslandırmalar hazırlamaq Proses Təhlükələri Analizi (PHA) metodologiyalarını tətbiq etmək: What-if, HAZOP, LOPA, SIL təyini və SIL verification və bu analizlər nəticəsində müəyyən edilmiş tədbirlərin izlənilməsi Təhlükəsizlik funksiyaları üçün Safety Instrumented Systems (SIS) dizaynına dəstək olmaq, SIL tələblərinə uyğunluğun yoxlanılması və verifikasiyasını həyata keçirmək Layihə sənədlərinin (P&ID, Cause & Effect diaqramları, Safety Layout-lar, datasheet-lər və s.) proses təhlükəsizliyi baxımından texniki yoxlanılması və rəy verilməsi Təhlükəsizlik sistemlərinin baypası zamanı SORA (Safety Override Risk Assessment) prosesində iştirak etmək və risklərin idarə olunmasına nəzarət etmək Fire protection və gas detection sistemlərinin yerləşdirilməsi və dizayn prinsiplərinin müəyyən olunmasına dəstək olmaq Multi-discipline komandalarla (Process, Mechanical, Electrical, Instrumentation, Layout) sıx əməkdaşlıq edərək təhlükəsizlik tələblərinin dizayna düzgün inteqrasiyasını təmin etmək Layihələrin müxtəlif mərhələlərində (Concept, FEED, Detailed Design) risk əsaslı texniki qərarların qəbulunda iştirak etmək PSSR (Pre-Startup Safety Review) proseslərində iştirak edərək layihədən əməliyyata keçid zamanı təhlükəsizlik uyğunluğunu təmin etmək Proses təhlükəsizliyi hadisələri üçün RCA (Root Cause Analysis) proseslərində iştirak etmək və əldə olunan nəticələrin gələcək dizaynlara tətbiqini təmin etmək Gənc proses təhlükəsizliyi mühəndislərinə mentorluq etmək və texniki inkişaflarına dəstək olmaq