About this role
SOCAR təhlükəli maddələrin idarə edilməsi üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
- Əsas vəzifə öhdəlikləri: 🔹 Müəssisələrdə təhlükəli (kimyəvi, radioaktiv/ionlaşdırıcı və partlayıcı) maddələrin idarə olunması üzrə metodoloji dəstəyin göstərilməsi; 🔹 Təhlükəli maddələrin idarə olunması prosesinin vahid tələblərə uyğun həyata keçirilməsinin dəstəklənməsi və nəzarətdə saxlanılması; 🔹Təhlükəli maddələrlə bağlı təlimlərin keyfiyyətinin təkmilləşdirilməsinə dair dəstək göstərilməsi; 🔹 Müvafiq prosedurların əməkdaşlara çatdırılması və onların tətbiqi ilə bağlı kommunikasiyanın əlaqələndirilməsi; 🔹 Əməliyyat sahələrində prosedurların düzgün tətbiq olunmasını təmin etmək məqsədilə özünüqiymətləndirmə proseslərinin həyata keçirilməsi; 🔹 Risklərin qiymətləndirilməsi proseslərinə ekspert dəstəyinin göstərilməsi, həmçinin kimyəvi maddələrin saxlanılması tələblərinə uyğun olaraq Kimyəvi Uyğunluq Cədvəllərinin (Chemical Compatibility Charts) hazırlanmasına ekspert dəstəyinin göstərilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi.
- Namizədə dair tələblər: 🔹 Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi; 🔹 Sənayedə təhlükəli maddələrin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi; 🔹 Təhlükəli maddələrin saxlanılması, idarə olunması və daşınması üzrə praktiki təcrübə; 🔹 Kimyəvi maddələrlə işin aparıldığı istehsalat, neft-qaz, logistika və ya digər sənaye müəssisələrində iş təcrübəsi; 🔹 Risklərin qiymətləndirilməsi və təhlükəli maddələrin inventar uçotunun aparılması üzrə təcrübə; 🔹 Təhlükəli maddələrin təsnifatı (GHS sistemi) üzrə biliklər; 🔹 MSDS/SDS (Təhlükəsizlik Məlumat Vərəqəsi) sənədləri ilə işləmək təcrübəsi; 🔹 Təhlükəli yüklərin daşınması üzrə ADR tələbləri haqqında biliklər; 🔹 Yerli qanunvericilik və normativ tələblər barədə biliklər; 🔹 Təhlükəli madələrə dair risklərin qiymətləndirilməsi və idarə olunması üzrə təcrübə; 🔹 Tullantıların idarə olunması və utilizasiyası prosedurları haqqında biliklər; 🔹 Fövqəladə hallara hazırlıq və cavab tədbirləri prosedurları haqqında anlayış; 🔹 Təlim materiallarının hazırlanması və təqdim edilməsi, habelə hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilməsi bacarığı; 🔹 Təhlükəli maddələrin inventar uçotunun idarə olunması üzrə təcrübə; 🔹 Risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanması bacarığı; 🔹 Təhlükəli maddələrin saxlanma şəraitinə uyğunluğunun yoxlanılması üzrə bilik və təcrübə; 🔹 MS Office proqramlarından sərbəst istifadə bacarığı; 🔹 Güclü analitik düşüncə və risk əsaslı yanaşma; 🔹 Güclü kommunikasiya, komanda işi, koordinasiya və təlimlərin keçirilməsi bacarıqları; 🔹 Azərbaycan və ingilis dillərində sərbəst danışıq və mürəkkəb məsələləri aydın və lakonik şəkildə izah etmək bacarığı.
- Rus dili biliyi üstünlükdür; 🔹 Beynəlxalq sertifikatların olması tələb olunur: NEBOSH IGC və ya ekvivalent beynəlxalq sertifikat.
- ISO 45001 Lead Auditor və ya təhlükəli maddələrin idarə olunması üzrə digər beynəlxalq sertifikatların olması və kimyəvi maddələrin idarə olunması sahəsində təcrübəli olması şərtilə əlavə olaraq radioaktiv/ionlaşdırıcı və partlayıcı maddələlərin idarə olunması sahələrinin ən azı biri üzrə iş təcrübəsinin olması üstünlükdür.
- Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 Nəqliyyat xidmətləri.
Son mürciət tarixi: 26.10.2026