About this role
SOCAR özünüqiymətləndirmə və nəzarət sistemi üzrə üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
- Əsas vəzifə öhdəlikləri: 🔹 Müəssisə və obyektlərdə özünüqiymətləndirmə və nəzarət sisteminin yaradılması və tətbiqi üzrə ekspert dəstəyi göstərmək; 🔹 Vahid tələblərə uyğun olaraq özünüqiymətləndirmə və nəzarət sisteminin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək, habelə bu proseslərə nəzarət etmək; 🔹 Əməliyyat sahələrində prosedurların düzgün tətbiqini təmin etmək məqsədilə özünüqiymətləndirmə proseslərini həyata keçirmək və müəyyən edilmiş risk meyarları əsasında uyğunsuzluqların vəziyyətini izləmək; 🔹 Müəssisə və obyektlərdə özünüqiymətləndirmə proseslərinin korporativ tələblərə uyğunluğunu qiymətləndirmək; 🔹 Əməliyyat sahələrində özünüqiymətləndirmə prosesinin müntəzəm auditini həyata keçirmək.
- Namizədə dair tələblər: 🔹 Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi; 🔹 Daxili audit, risklərin idarə edilməsi və ya uyğunluğun təmin edilməsi sahəsində minimum 5 il iş təcrübəsi; 🔹 Özünüqiymətləndirmə (özünüyoxlama) proseslərinin yaradılması və tətbiqi, proseslərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə təcrübə; 🔹 ISO 45001 standartı və ya digər beynəlxalq idarəetmə sistemləri üzrə bilik və təcrübə; 🔹 Audit yoxlamaları və daxili monitorinq prosesləri üzrə təcrübə; 🔹 Daxili nəzarət mexanizmlərinin hazırlanması və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə; 🔹 Uyğunluğun təmin edilməsi və etik idarəetmə prinsipləri üzrə dərin biliklər; 🔹 Hesabatlılıq və fəaliyyətin monitorinqi metodologiyaları üzrə biliklər; 🔹 Risk və nəzarət matrislərinin (Risk & Control Matrix – RCM) hazırlanması üzrə təcrübə; 🔹 Proseslərin xəritələndirilməsi üzrə təcrübə; 🔹 Özünüqiymətləndirmə sorğularının hazırlanması və təhlili üzrə təcrübə; 🔹 Audit və monitorinq alətləri ilə işləmək bacarığı; 🔹 Məlumatların təhlili və hesabatların hazırlanması üzrə yüksək səviyyəli bacarıqlar (Excel, MS Power BI və ya digər analitik alətlər); 🔹 Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin planlaşdırılması sahəsində təcrübə; 🔹 Güclü analitik və sistemli düşünmə bacarıqları; 🔹 Riskyönümlü yanaşma; 🔹 Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları; 🔹 Yazılı və şifahi ünsiyyət bacarıqları; 🔹 Müstəqil və obyektiv qərarlar qəbul etmək bacarığı; 🔹 Təlimlərin keçirilməsi və maarifləndirmə bacarıqları; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı.
- Rus dili biliyi üstünlükdür; 🔹 Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat).
- Risklərin idarə edilməsi və nəzarət üzrə CRMA (Certification in Risk Management Assurance) sertifikatının olması üstünlükdür.
- Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 Nəqliyyat xidmətləri.
Son mürciət tarixi: 26.10.2026