Now hiring

Böyük mühəndis (SƏT üzrə kompetensiyaların inkişafı və idarə edilməsi üzrə) (Bakı, AZ, AZ) @ SOCAR

AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR SƏT üzrə kompetensiyaların inkişafı və idarə edilməsi üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

  • Əsas vəzifə öhdəlikləri: 🔹 SƏTƏM üzrə kompetensiyaların vahid tələblərə və müvafiq standartlara uyğun inkişafının və idarə edilməsinin təşkilinə, habelə həyata keçirilməsinə nəzarət etmək; 🔹 SƏTƏM sahəsində bilik və bacarıqların artırılması, eləcə də əməkdaşların fərdi inkişafının dəstəklənməsi məqsədilə kouçinq sessiyaları təşkil etmək; 🔹 SƏTƏM üzrə kompetensiyaların inkişafı proqramlarını hazırlamaq, tətbiq etmək və onların effektivliyini qiymətləndirmək; 🔹 Əməkdaşların SƏTƏM üzrə bilik və bacarıqlarının davamlı inkişafını təmin etmək məqsədilə təlim və mentorluq sessiyaları keçirmək; 🔹 SOCAR-ın təlim və inkişaf proseslərinə məsul struktur bölmələri ilə əməkdaşlıq çərçivəsində SƏTƏM üzrə kompetensiyaların inkişafını təmin etmək.
  • Namizədə dair tələblər: 🔹 Texniki və ya idarəetmə ilə əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi; 🔹 SƏT, təlim və ya SƏT kompetensiyaların idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi; 🔹 Strukturlaşdırılmış kompetensiya çərçivələrinin hazırlanması və tətbiqi, təlim ehtiyaclarının təhlili, ISO 45001 standartı və ya digər əməyin təhlükəsizliyinin idarə edilməsi sistemləri, fəaliyyət göstəricilərinin və bacarıqların qiymətləndirilməsi sistemlərinin tətbiqi sahəsində təcrübə; 🔹 ISO 14001 Ətraf Mühitin İdarə Edilməsi Sistemi üzrə bilik və təcrübənin olması üstünlükdür; 🔹 Beynəlxalq SƏTƏM standartları və qabaqcıl təcrübələr haqqında biliklər; 🔹 ISO 45001 standartının tələbləri haqqında biliklər; 🔹 Kompetensiya matrislərinin hazırlanması və idarə edilməsi üzrə təcrübə; 🔹 SƏTƏM strukturları çərçivəsində təlim və inkişaf proseslərinin idarə edilməsi üzrə təcrübə; 🔹 Risk əsaslı təlim planlaşdırılması üzrə biliklər; 🔹 Audit və uyğunluğun qiymətləndirilməsi prinsipləri barədə biliklər; 🔹 SƏTƏM üzrə əsas fəaliyyət göstəriciləri (KPI) və performans monitorinqi mexanizmləri haqqında biliklər; 🔹 Məlumatların təhlili və hesabatların hazırlanması üzrə təcrübə; 🔹 Daxili SƏTƏM təlim materiallarının və kompetensiya çərçivələrinin hazırlanması üzrə təcrübə; 🔹 Təlim proqramlarının hazırlanması və qiymətləndirilməsi üzrə təcrübə; 🔹 Qiymətləndirmə və sertifikatlaşdırma (attestasiya) mexanizmlərinin tətbiqi üzrə təcrübə; 🔹 MS Excel, PowerPoint və digər hesabat alətlərindən istifadə bacarığı; 🔹 Güclü analitik təfəkkür, sistemli düşünmə və strateji planlaşdırma bacarıqları; 🔹 Yüksək kommunikasiya və təqdimat bacarıqları; 🔹 Təlimlərin keçirilməsi və fasilitasiya bacarıqları; 🔹 Dəyişikliklərin idarə edilməsi bacarıqları; 🔹 Komanda işi və koordinasiya bacarıqları; 🔹 Yüksək məsuliyyət və təşkilatçılıq bacarıqları; 🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı.
  • Rus dili biliyi üstünlükdür; 🔹 Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat).
  • “Train the Trainer” sertifikatının olması üstünlükdür.
  • Biz nə təklif edirik? 🔹 Peşəkar iş mühiti; 🔹 Peşəkar inkişaf və karyera imkanları; 🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; 🔹 Nəqliyyat xidmətləri.

Son mürciət tarixi: 26.10.2026

Skills

ISO 45001ISO 14001ExcelPowerPoint

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores