About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR
Vəzifənin adı: Proqramla idarə olunan dəzgahı operatoru Kateqoriya: İxtisaslı fəhlə Dərəcə: 5 Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi Təşkilat: Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi Struktur bölmə: Mexaniki-yığma sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Proqramla idarə olunan dəzgahları idarə etmək; Xüsusən mürəkkəb və məsul, çoxlu keçidlərə malik, yerdəyişmə və kombinasiyalı bərkitmə tələb edən detalların 6–7-ci kvalitetlər (1–2-ci dəqiqlik dərəcələri) üzrə emalını həyata keçirmək; Dəzgahın sazlanmasından sonra nümunəvi detalların emalını həyata keçirmək; Emal edilmiş hissələrin ölçülərini çertyoja əsasən yoxlamaq; Alətlərin dəzgahda düzgün quraşdırılmasını təmin etmək, istifadədən əvvəl və emal başa çatdıqdan sonra bərkidici hissələri yoxlamaq; Emal zamanı proqram üzrə yaranan ölçü xətalarına düzəlişlər etmək; Rəqəmsal dəzgahın işlədiyi müddətdə dəzgahı nəzarətsiz qoymamaq və emal proqramının tam başa çatmasını gözləmək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələrində qabaqcıl iş metodlarını öyrənmək və struktur bölmənin fəaliyyətində tətbiqində iştirak etmək; İş yerini işə hazırlamaq və işin sonunda səliqəyə salmaq; Əsasnamə və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarını icra etmək; İş yerinin təmiz saxlanılmasını təmin etmək, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tələblərinə, həmçinin daxili intizam qaydalarına riayət etmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
Mexaniki avadanlıq və qurğuların təmiri; İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları; Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər.
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Təhsil: Orta ixtisas təhsili İxtisas: Müvafiq sahə üzrə Staj: Staj tələbi yoxdur Digər: Tələb olunmur
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 4.33 AZN/saat Əlavə ödənişlər: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% əlavə ödəniş; Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş.
İŞ REJİMİ
İş qrafiki: 5 gün, 8 saatlıq İş saatları: 08:00–17:00 Nahar fasiləsi: 12:00–13:00
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin olunur İş yerinə çatdırılma: Xalqlar Dostluğu, 28 May və Həzi Aslanov metro stansiyalarından, Hövsan sosial evlərinin yanından, Sabunçu körpüsü, A. Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.
İş şəraiti: Quruda Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt ( [email protected] ) ünvanına müraciət ünvanlaya, yaxud (41030) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SON MÜRACİƏT TARİXİ
22.10.2026 SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.