About this role
SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri: Peşə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Ağsu Regional Qaz İstismarı İdarəsi Struktur vahidi: Kürdəmir rayonu üzrə Sayğac əməliyyatları xidməti Peşənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Dərəcə (ƏÖD): 04 Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla) Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat) İş yerinin ünvanı: Kürdəmir rayonu, Aran qəsəbəsi Vəzifə funksiyaları: Sayğacların dəyişdirilməsi, yoxlanılması və göstəricilərinin qeydiyyatını aparmaq. Qaz xətləri və avadanlıqlarına texniki baxış keçirmək, sızmaları aradan qaldırmaq. Ölçü cihazlarının quraşdırılması, sazlanması və təmirini həyata keçirmək. Abonentləri borc və ödənişlər barədə məlumatlandırmaq, qazın dayandırılması və bərpasını həyata keçirmək. Qanunsuz müdaxilələri aşkar etmək və aidiyyəti üzrə məlumat vermək. Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək. Abonentlərə keyfiyyətli xidmət göstərmək. Bilməlidir Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat Təhsil və iş təcrübəsinə dair tələblər: Tam orta təhsil İş təcrübəsi tələbi yoxdur. Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Digər məlumatlar: Tibbi sığorta : Təmin edilir İş yerinə çatdırılma : Təmin edilmir İş yeri: Kürdəmir rayonu. Müraciətin son tarixi: 10.10.2026 Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr .aze rigas@socar .az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.