Now hiring

Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis (Bakı, AZ) @ SOCAR

Bakı, AZOnsiteFull-time
Apply with ResuMinder

Opens on the employer's site

About this role

SOCAR Baş ofis, Təşkilatı İnkişaf Departamentinin Təşkilati inkişaf proqramlarının və İR funksiyalarının rəqəmsallaşdırılmasının əlaqələndirilməsi şöbəsində təşkilati inkişaf üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: Təşkilati inkişaf layihələri üzrə texniki tapşırıqların müəyyənləşdirilməsində iştirak etmək; Layihələrin icra gedişatını təhlil etmək, əsas problemlərin və risklərin aradan qaldırılması üzrə təklif və tövsiyələr hazırlamaq; Dəyişikliklərə dair sənədlər, icra vəziyyəti üzrə hesabatlar və digər müvafiq qeydlər daxil olmaqla, layihə sənədlərinin dəqiq şəkildə aparılmasını təmin etmək; Təşkilati inkişaf layihələrinin idarə edilməsi metodologiyasının təkmilləşdirilməsində iştirak etmək; Layihələrin səmərəliliyinin artırılması və nəzərdə tutulan nəticələrin maksimum səviyyədə təmin edilməsi məqsədilə resursların düzgün bölüşdürülməsinə dəstək göstərmək; Müvafiq layihələrin koordinasiyasını, planlaşdırılmasını, büdcələşdirilməsini və monitorinqini həyata keçirmək; Müəyyən edilmiş standartlara və qabaqcıl təcrübələrə riayət etməklə təşkilati məqsədlərə nail olunmasına dəstək göstərmək; Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin icra vəziyyəti və gedişatı barədə hesabatlar hazırlamaq. Namizədə tələblər: Biznesin idarə edilməsi, menecment, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür); Layihələrin idarə edilməsi və ya layihə koordinatoru vəzifəsində minimum 5 il iş təcrübəsi (təşkilati inkişaf, biznes proseslərinin tətbiqinin idarə edilməsi və/və ya koordinasiyası sahəsində təcrübəyə üstünlük verilir); Təşkilati inkişaf istiqamətində layihə idarəetmə prosesləri və metodologiyaları üzrə biliklər və onların hazırlanması bacarığı; Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı, Microsoft Office proqramları və Power BI üzrə yüksək səviyyədə biliklər; Güclü yazılı və şifahi ünsiyyət, eləcə də danışıqların aparılması bacarıqları; Əməkdaşlıq, təqdimat və təşkilatçılıq bacarıqları; Problemlərin həlli, münaqişələrin idarə edilməsi və tənqidi düşünmə bacarıqları; Azərbaycan və ingilis dillərini sərbəst bilmək; PMP sertifikatının olması üstünlükdür. Biz nə təklif edirik? Peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera imkanları; Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi; SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər; Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan Son müraciət tarixi: 05.10.2026

Ready to apply?

Install the ResuMinder extension and we'll auto-fill the application in seconds — no rewriting.

See how your CV scores