About this role
Uzun Təsvir SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi a parıcı ekspert (Biznesin təhlili üzrə) vəzifəsinə əməkdaş axtarır Vəzifə haqqında məlumatlar: Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Struktur vahidi: Biznesin təhlili və kommersiya şöbəsi Vəzifənin adı: aparıcı ekspert (Biznesin təhlili üzrə) Dərəcə: 15 Vəzifənin icra etdiyi funksiyalar: 1. Müəssisənin biznes hədəflərinə uyğun olaraq analitik strategiyanın hazırlanmasında iştirak edir və birbaşa rəhbəri tərəfindən verilən tapşırıqlar əsasında icrasını təmin etmək; 2. Məlumatların toplanması, emalı və təhlili proseslərini təşkil etmək; 3. Müxtəlif mənbələrdən daxil olan məlumatların inteqrasiyasını və düzgünlüyünü təmin etmək; 4. Rəhbərlik üçün analitik hesabatlar və müvafiq təqdimatlar hazırlamaq; 5. Məlumatların anlaşılan formada təqdim edilməsini təmin etmək; 6. Məlumat keyfiyyətinin artırılması və data idarəetmə standartlarının tətbiqini təmin etmək; 7. Məlumat təhlükəsizliyi və məxfiliyin qorunmasını təmin etmək; 8. MS Office proqramlarında (Power Bİ, PowerPoint, Word, Outlook və s.) təqdimat və hesabat sənədlərini tərtib etmək; 9. Şöbənin Tədbirlər Planında göstərilən tədbirlərin və tapşırıqların həyata keçirilməsində kömək etmək; 10. Birbaşa rəhbərliyin digər tapşırıqlarını və göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək. Vəzifə üzrə işə qəbul tələbləri: Bakalavr təhsil (müvafiq sahələri üzrə); Minimum 4 il iş təcrübəsi (rəhbər və mütəxəssis vəzifələrində); Statistika, riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahə üzrə biliklər; Data analitikası, biznes analitika və ya məlumatların idarə olunma bacarıqları; Analitik məlumatların emalı bacarıqları; Analitik düşünmə, strukturlaşdırılmış hesabtların hazılrlanması bacarıqları; SQL və Power BI proqramlaşdırma dilləri üzrə bilik və praktiki iş təcrübəsi; MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel); Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı. Güzəştlər və imtiyazlar: Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları.