About this role
Bilməlidir: Müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını; Qaynaq edilən müxtəlif növ metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini; Tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini; Məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını; Xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunmasını; Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini; Qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını; Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını; Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını; Müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Vəzifə funsiyaları: Müxtəlif poladlar, əlvan metallar və ərintilərdən hazırlanmış mürəkkəb aparat, qovşaq, boru və polietilen kəmərlərinin əl ilə qövs və plazma qaynağını, həmçinin əl, oksigen və hava-plazma ilə kəsilməsini yerinə yetirmək; Karbonlu, legirlənmiş və xüsusi poladlardan, eləcə də çuğundan hazırlanmış mürəkkəb və məsul detalların əl ilə qövs və oksigenlə kəsilməsini (yonulmasını) icra etmək; Blok şəklində hazırlanmış məsul konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək; Mürəkkəb detal və qovşaqları lehimləmək; Fəaliyyətdə olan qaz kəmərlərində oyuqların açılması, boruların kəsilməsi, qaynaq üçün detalların hazırlanması və kəsilmiş hissələrin qaynaq edilməsini icra etmək; Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq, qaz kəmərlərində təzyiqi ölçmək, kipləşdirici qurğuların və qapayıcıların vəziyyətini yoxlamaq; Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək, uyğun elektrod və aşqar məftilləri seçmək; Qaz kəmərlərində gücləndirici muftaları quraşdırmaq və qaz sızmalarını aradan qaldırmaq; Odluq və kəsicilərin cari təmirini, kəsmə zamanı nişanlama və uyğunlaşdırma işlərini yerinə yetirmək; Binadaxili qaz kəmərlərində kəsik aparmaq, kondensat yığıcılarını, hidravlik örtgəcləri, deformasiyaya uğramış qapayıcıları, çarxları, kompensator və siyirtmələri kəsmək; Orta mürəkkəblikdə cizgiləri oxumaq. Kvalifikasiya tələbləri: 5-ci dərəcəli Elektrik qaz qaynaqçısı peşəsi üçün müvafiq sahə üzrə peşə təhsili və yaxud sertifikat tələb olunur. Vəzifə (tarif) maaşı: Saatlıq 4,33 manat SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir. Digər məlumatlar: Tibbi sığorta: Təmin edilir İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)